Mayın 10-u Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, tanınmış şair Musa Yaqubun 82 yaşı tamam olur.

Open.az xəbər verir ki, uzun illərdir doğma vətəni- İsmayıllının Burnuz kəndində yaşayan şairin doğum günü ailə üzvləri ilə birlikdə qeyd olunub.

Son zamanlar səhhətində cidd problemlər yaranan şairi, anadan olduğu gündə dostları diqqətdən kənarda qoymayıb. Musa Yaqubu sevənlər onu təbrik edib, şairə xoş diləklərini çatdırıblar.

Xatırladaq ki, 1937-ci ildə Buynuz kəndində anadan olan Musa Yaqub sevilib, seçilən şeirlərin müəllifidir.

Musa Yaqubun poeziyası oxunur, yadda qalır, sevilir və nəsildən- nəsilə ötürülür.

82 yaşlı sevilən şairimizin doğum günü mübarək olsun!

Ülviyyə Həsənqızı