Dekabrın 7-si saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın “Qəlbimin nəğmələri” adlı xeyriyyə konserti ilə əlaqədar Mətbuat Konfransı baş tutacaq.

Open.az xəbər verir ki, mətbuat konfransında Leyla Quliyeva, Murad Sadıx, Sevda Məmmədli, Cavad Tağızadə , Pərviz Qasımov iştirak edəcək.

Qeyd edək ki, konsert proqramı 8 dekabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Proqramda Murad Sadıxla bərabər səhnə dostları da çıxış edəcəklər.

Tədbirin aparıcısı Leyla Quliyeva ilə birlikdə Muğam Televiziya Müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın Xalq Çalğı alətləri orkestri, Cavad Tağızadə və kamera orkestri, beynəlxalq müsabiqələr laureati, Prezident təqaüdçüsü Vüsalə Babayeva konsert boyu gənc müğənni ilə birgə səhnəni bölüşəcəklər.