Fevralın 20-si Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Arif Babayevin doğum günüdür.

Open.az xəbər verir ki, bu gün Arif Babayevin 82 yaşı tamam olur.

Arif Babayev Azərbaycan muğamının adını şərəflə yaşadan, musiqi tariximizə çoxsaylı tələbələr bəxş edən, səsi eşidiləndə gözlərimiz önündə yaralı Qarabağımızı canlandıran sənətkardır.

Arif Babayevin səsi, zənguləsi, ürəyəyatımlı ifası Qarabağ naləsi, Ağdam həsrəti, Şuşa nisgilidir.

Ustad xanəndənin ifasında bütün muğamlar, xalq mahnıları və təsnifləri gözəl, təkrarsız səslənib. Amma "Segah" muğamı səslənəndə hər kəs: "Arif Babayevin "Segah"ı bir başqadır" deyir.

Səsində, nəfəsində, avazında "Segah" yangısı olan Ustad sənətkarın yeni yaşı, doğum günü mübarək olsun!

Ülviyyə Həsənqızı