Beynəlxalq Muğam Mərkəzindən (BMM) "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində “Muğam Televiziya Müsabiqəsi”nin laureatlarının konserti təqdim edilib.

Open.az xəbər verir ki, konsert zamanı müsabiqənin qalibləri hazırkı fəaliyyətləri ilə bağlı məlumat verib, müsabiqədə iştirakları ilə bağlı yaddaqalan anları tamaşaçılarla bölüşüblər.

BMM-in solistləri və "Muğam Televiziya Müsabiqəsi"nin qaliblərinin iştirak etdiyi verilişdə xanəndələrin ifasında muğam və təsniflər, bəstəkar mahnıları səsləndirilib. Solistlər BMM-in gercəkləşdirdiyi layihələr, eləcə də muğam sənətimizdə dövlətin gənclərə diqqət və qayğısından söz açıblar.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-in “Facebook” səhifəsindən də təqdim edilir.