"Müalicəmi evdə davam etdirirəm. Amma səhhətimdə olan problemlər hələ qalır. İnşallah, tam sağalacağıma inanıram. Allah hamımıza can sağlığı versin".

Bu fikirləri Open.az-a özəl açıqlamasında Əməkdar artist, Kukla Teatrının aparıcı səhnə ustası Rəhman Rəhmanov deyib.

İki ağır cərrahiyə əməliyyatı keçirən sənətkar vəziyyətinin qənaətbəxş olduğunu və son günlər hər kəs kimi "Evdə qal" kompaniyasına qoşulduğunu da bildirib:

"Koronavirus bir bəladır. Biz də gəlib bu bəlaya düçar olmuşuq. Amma bu bəla təkcə bizim dövlətimizin deyil, bütün dünyanın ağır sınağıdır. Ona görə də bu ağır günlərdə dövlətimizin, dövlət başçımızın qoyduğu qanunlara əməl etməliyik. Hər bir vətəndaş bu qanunlara əməl etməlidir. "Evdə qal" şüarını rəhbər tutaraq, hamımız evdə oturmalıyıq. Nəzərə almalıyıq ki, evdə qalırıqsa, xalqımızı qoruyuruq. Evdə qalanlarımızı, doğmalarımızı qoruyuruq. Və ən əsası evdə qalırıqsa, Azərbaycanı qoruyuruq. Hər birimiz "Evdə qal!" şüarına əməl etməliyik. "EVDƏ QAL!"

Ülviyyə Həsənqızı

Müalicəsi evdə şəraitində davam edən Rəhman Rəhmanovdan xəbər var

Müalicəsi evdə şəraitində davam edən Rəhman Rəhmanovdan xəbər var