Moskvadakı Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. İşləmə. Plakat” adlı sərgi açılacaq.

Open.az xəbər verir ki, fevralın 5-dən martın 1-dək davam edəcək sərgidə 40-dan çox eksponat nümayiş olunacaq. Onların sırasında Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərdə toxunmuş xalçalar olacaq. Ziyarətçilərə Mərcani Fondunda saxlanılan plakatlar, 1920-1930-cu illər aid işləmələr də təqdim ediləcək.

Qeyd edək ki, xalçalar ilk dəfə nümayiş etdiriləcək.