Moskvada Rusiyanın Əməkdar İncəsənət Xadimi, psixologiya elmləri namizədi, professor, B.Şukin adına Teatr İnstitutunun kafedra müdiri və "Rus lotosu" proqramının aparıcısı Mixail Borisovla vida mərasimi keçirilib.

Open.az xəbər verir ki, B.Şukin adına Teatr İnstitutunda keçirilən vida mərasimində M. Borisovun tələbələri, dostları, doğmaları iştirak ediblər.

Vida mərasimindən sonra tanınmış aparıcı Vostryakovsko məzarlığında dəfn edilib.

Qeyd edək ki, koronavirusa yoluxan aparıcı sentyabrın 19-da 71 yaşında xəstəxanada dünyasını dəyişib.

Ülviyyə Həsənqızı

Moskvada koronavirusdan vəfat edən Mixail Borisovla vida mərasimi keçirilibMoskvada koronavirusdan vəfat edən Mixail Borisovla vida mərasimi keçirilib