İyunun 8-də şəxsi avtomoli ilə yol qəzası törədərək, bir nəfərin ölümünə səbəb olan Rusiyanın Əməkdar artisti Mixail Yefremovun səhhəti pisləşib.

Open.az xəbər verir ki, bu barədə aktyorun azərbaycanlı vəkili Elman Paşayev açıqlama yayıb.

Mixail Yefremovun azərbaycanlı vəkili aktyorun səhhətindən danışıb

M.Yefremovun ruh halının yaxşı olmadığını deyən vəkil, aktyorun həyəcan keçirdiyini, yaşadığı ağır hadisənin şokundan ayılmadığını bildirib.

Elman Paşayev müdafiə etdiyi müvəkkilinə xəbərlər, tok-şou və.s informasiya xarakterli proqramlara baxmağı qadaqan edib. Onun sözlərinə görə M.Yefremov sadəcə "Культурa" kanalını və idman proqramlarını izləyir.

Qeyd edək ki, ötən gün Mixail Yefremova qarşı açılan cinayət işi başa çatıb. Hazırda aktyorun ev həbsi davam edir.

Ülviyyə Həsənqızı

Mixail Yefremovun azərbaycanlı vəkili aktyorun səhhətindən danışıb

Mixail Yefremovun azərbaycanlı vəkili aktyorun səhhətindən danışıb