ABŞ-ın keçmiş birinci xanım Mişel Obama keçirilən araşdırmada ölkədə ən çox sevilən qadın seçilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanı Beynəlxalq araşdırma şirkəti "Gallup" həyata keçirib.

Mişel Obama ən çox sevilən qadın titulunu heyran olduğu, 17 ildir bu adı daşıyan keçmiş dövlət katibi Hillari Klintonun əlindən alıb.

Hillari Klinton bu il ən çox heyranedici qadınlar siyahısında 3-cü sırada, ABŞ televiziya aparıcısı Ofrah Uinfrey 2-ci pillədə yer alıb.

Birinci xanım Melaniya Tramp və Kraliça Elizabeth II ən çox sevilən qadınlar siyahısının 10-na düşüb.

Gülnar Qafarlı