Azərbaycanın Əməkdar elm xadimi, Professor, görkəmli yazıçı Mir Cəlal Paşayevə həsr edilən İkinci Hekayə Müsabiqəsi keçiriləcək.

Open.az AYB.az saytına istinadən xəbər verir ki, "Ədibin evi" yeni müsabiqə elan edib.

Hekayə Müsabiqəsinin Qaydaları və Şərtləri aşağıdakılardır:

Hekayənin həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır.

Hekayələrin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur.

Çap olunmuş hekayələr qəbul edilmir.

Hekayələr elektron şəkildə edibinevi@gmail.com və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel, 2020-ciil tarixinə qədər göndərilməlidir.

Qaliblər XalqYazıçısı Elçinin sədrliyiilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2020-ci ilin may ayında mükafatlandırılacaqlar.

Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə (iki mükafat) 2 min, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul veriləcək.

Qeyd edək ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanıb.

“Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edib.

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilib.

Qaliblər 2018-ci ilin may ayında “Ədibin Evi”ndə mükafatlandırılıblar.

Mir Cəlal adına İkinci Hekayə Müsabiqəsi keçiriləcək