Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Open.az xəbər verir ki, bu gün münasibətilə iyun ayının 25-də Azərbaycan Milli Kitabxanasında “26 iyun – Silahlı Qüvvələr günüdür” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycanın ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.