"Milli Kino Günü ərəfəsində son illər Azərbaycanda çəkilən yeni filmlərin həftəsi keçiriləcək."

Open.az xəbər verir ki, bu fikirləri ötən gün “ASAN Radio”nun “QəbuldASAN” proqramının qonağı olan mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə,son 10 ildə ekranlaşdırılan Azərbaycan filmləri 250-dən çox beynəlxalq müsabiqə və festivallarda iştirak edib və 160- dan çox müxtəlif mükafatlara layiq görülüb.

Ülviyyə Həsənqızı