AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda və Xəritələr sektorunda görkəmli ictimai-siyasi xadim və milli mədəniyyətimizin tanınmış siması Ceyhun Hacıbəyliyə məxsus maraqlı materiallar saxlanılır.

Open.az xəbər verir ki, materiallar onun fotoşəklindən, türk, fransız və ingilis dillərində qələmə aldığı hekayələrin əl və makina yazılarından, digər azərbaycanlı mühacir Qalib Amaməlibəyovun ona göndərdiyi məktubdan, habelə Azərbaycan nümayəndə heyətinin 1919-cu ildə Paris Konfransı üçün fransız dilində tərtib etdiyi Cümhuriyyətin xəritəsi və 1923-1924-cü illər Lozanna Konfransına rusca təqdim etdiyi Cümhuriyyətin Dövlət Bankı haqqında məlumatdan ibarətdir.

Bu materiallar Azərbaycan Xalq Cümhuriyyəti tarixinin və C.Hacıbəyli irsinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.