Rusiyada yaşayan həmyerlimiz, rejissor Mikayıl Mikayılov Qazaxıstanda növbəti tamaşaya quruluş verib.

Open.az xəbər verir ki, K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında hazırlanan tamaşa rejissorun özü tərəfindən F.M.Dostoyevskinin “Dayımın yuxusu” povesti əsasında səhnələşdirilib.

Rejissor “Dostoyevski FM: Mordasovun xronikaları” adlandırdığı səhnə əsərinin janrını “iki hissəli skandal-karnaval” kimi təyin edib.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Rolları Denis Çvetkov, Qalina Turçina, Oksana İqnatenko, Anna Abuzarova, Alyena Volox, Pavel Kondratyev, Valentina Şmatenko, Svetlana Potyemkina, Nina Kruçevic, Yuliya Ulıbışeva ifa edirlər.

Qeyd edək ki, tamaşanın premyerası aprelin 20 və 21-də baş tutacaq.

Ülviyyə Həsənqızı