Azərbaycanın Xalq artisti, görkəmli teatr xadimi Məzahir Süleymanov tanınmış müğənni, Xalq artisti Eyyub Yaqubovun yeni mahnısına çəkilən klipdə rol alıb.

Open.az xəbər verir ki, Bakıya həsr olunan yeni mahnının musiqisi bəstəkar Elçin İmanova məxsusdur.

Şüvəlan bağlarında çəkilən klipdə Məzahir Süleymanovla yanaşı, Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası Məsumə Babayeva da iştirak edib.

Klip yaxın zamanlarda nümayiş olunacaq.

Ülviyyə Həsənqızı