Rusiyanın STC telekanalında nümayiş olunan və Azərbaycanda da çoxlu izləyiciləri olan "Kuxnya" serialının davamı çəkilir.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, STS kanalı və Art Pictures Visionun istehsalı olan komediya serialının davamı "Kuxnya. Otel uğrunda müharibə" adlanacaq.

Populyar komediya serialı "Kuxnya""Eleon Oteli" nin davamı olaraq, tamaşaçıların xüsusi istəyi əsasında çəkilir.

Tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alan serialın yaradıcı heyəti, Dmitri Naqiyev, Dmitri NazarovYelena Ksenofontovanı yenidən serilala qaytarıb.

"Kuxnya" nın yaradıcıları növbəti seriyalarda tamaşaçılara maraqlı səhnələrin olacağını vəd ediblər.

Xatırladaq ki, serialda baş rolda çıxış edən Dmitri Naqiyevin adı Rusiyanın ən varlı aktyorlarının siyahısındadır.

Ülviyyə Həsənqızı