Türkiyənin məşhur musiqiçisi Fazıl Sayın atası, tanınmış musiqişünas alim, "Türkiyə Ədəbiyyatçılar Dərnəyi"nin qurucusu Ahmet Say xəstəxanaya yerləşdirilib.

Open.az xəbər verir ki, reanimasiyada olan 85 yaşlı musiqişünasın vəziyyətinin ağır olduğu bildirilib.

Məşhur musiqiçinin atası, musiqişünas alim reanimasiyaya yerləşdirilib

Ahmet Say 1935-ci ildə İstanbul Kadıköydə anadan olub. Uşaqlıqdan piano çalmağa başlayan Ahmet Say, 1946-cı ildə İstanbul Bələdiyyə Konservatoriyasına daxil olub.

1950-ci ildə Konservatoriyanı tərk edən Ahmet Say, 1954-cü ildə təhsilini davam etdirmək üçün Almaniyaya gedib. Türkiyəyə qayıtdıqdan sonra isə üç il müəllim və folklorçu kimi fəaliyyət göstərib.

1967-ci ildə "Türk Solu" jurnalının müdiri olan A.Say, 12 mart çevrilişindən sonra 17 aylıq həbsxana həyatına məhkum edilib.

Həbsxana həyatı başa çatdıqdan sonra 1976-cı ildə "Kocakurt" romanını yazıb. 1980-ci ildən sonra isə həyatını bütünlüklə musiqi ilə bağlayaraq, çoxsayda musiqi kitabları və dərslikləri yazıb.

85 yaşlı Ahmet Sayın musiqi yolunu, oğlu Fazıl Say davam etdirib.

Ülviyyə Həsənqızı

Məşhur musiqiçinin atası, musiqişünas alim reanimasiyaya yerləşdirilib