Fransanın məşhur musiqiçisi, Cassius qrupunun üzvü Filipp Zdar faciəli şəkildə həlak olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı musiqiçi Parisdəki hündürmərtəbəli binadan yıxılaraq ölüb.

Musiqiçinin ölümünün bədbəxt hadisə olması və ya qəsdən öldürülməsi ilə bağlı istintaq qrupu hadisə yerində çalışmağa başlayıb.

Filipp Zdar 20 il məşhur Cassius qrupunun üzvü olub. Yeni albom çalışmaları ilə məşğul olan mərhum musiqiçinin iyunun 21-də diski satışa buraxılıb.

Qeyd edək ki, 2010-cu ildə "Qremmi" musiqi mükafatına layiq görülən musiqiçinin əsl adı Filipp Serboneşi olub. Zdar onun səhnə təxəllüsüdür.

Ülviyyə Həsənqızı