İtaliyanın tanınmış yazıçısı, şair Andrea Kamilleri vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış yazıçı Romada 93 yaşında dünyasını dəyişib.

Ötən ay ürək tutması ilə xəstəxanaya yerləşdirilən yazıçını müasir italyan detektivinin banisi adlandırırdılar.

2015-ci ildə İtaliyada dünya ədəbiyyatının detektiv janrına töhvələrinə görə "N.V. Qoqol mükafatı"na layiq görülən yazıçı, komissar Montalbano haqqında silsilə romanların müəllifidir.

Ülviyyə Həsənqızı