Rusiyanın görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti, mərhum Oleq Yevremovun həyat yoldaşı, aktrisa Alla Pokrovskaya vəfat edib.

Open.az xəbər verir ki, bu barədə məlumatı A.P.Çexov adına MXT mətbuat xidməti yayıb.

82 yaşlı RSFSR Xalq artisti Alla Pokrovskaya aktyor Mixail Yevremovun anasıdır.

1959-cu ildən "Sovremennik" Teatrının truppasında çalışan aktrisa çoxsaylı obrazlar yaradıb.

Mərhum aktrisa 2004-cü ildən Çexov adına Moskva Bədaye Teatrında fəaliyyət göstərib.

Ülviyyə Həsənqızı