Rusiyanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti, mərhum Yevgeni Yevsteqneyevin həyat yoldaşı, Rusiyanın əməkdar artisti İrina Yevsteqneyeva qəflətən vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı aktrisanın qəfil ölümü sənət dostlarını kədərə boğub.

Belarusda dünyaya gələn aktrisa Moskva Akademik, "Satirikon" Teatrında fəaliyyət göstərib.

4 dəfə rəsmi nikahda olan əməkdar artistin sonuncu evliliyi, görkəmli aktyor Yevgeni Yevsteqneyevlə olub.

1994-cü mərhum əri haqqında kitab nəşr etdirəm aktrisa, "Petrovka 38" "Olqa" və başqa seriall və filmlərdə rollar ifa edib.

Ülviyyə Həsənqızı