Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan" qəzetinin bölgə müxbiri, "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri olmuş, mərhum Aslan Mustafazadənin (Aslan Kəmərli) həyat yoldaşı Svetlana Mustafazadə vəfat edib.

Open.az xəbər verir ki, bu barədə məlumatı Səbinə Yusif yayıb.

Qeyd edək ki, Aslan Kəmərli 1942-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub.

Uzun illər Azərbaycan mətbuatında aktiv faəliyyət göstərən Aslan Kəmərli 1992-ci ildə avtomobil qəzasına düşərək, 49 yaşında həlak olub.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı