Azərbaycanın Xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynlinin Azərbaycan Dövlət Televiziyasında aparıcı kimi işə başlayıb.

Open.az xəbər verir ki, ötən həftə Leyli Hüseynlinin anası Səbinə Hüseynli bu barədə məlumat yaymışdı.

Səbinə Hüseynli ötən gün mərhum həyat yoldaşı Rafiq Hüseynov və qızı Leylinin televiziya vəsiqələrini sosial şəbəkə hesabında paylaşıb.

Həmin fotoları oxucularımıza təqdim edirik.

Qeyd edək ki, Leyli Hüseynli AzTV-də ingilis dilində efirə çıxan gecə xəbər buraxılışının aparıcıdır. Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasında təhsil alır.

Xatırladaq ki, Leyli Hüseynli Azərbaycanın Xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır.

Rafiq Hüseynov 2017-ci il oktyabrın 26-da 71 yaşında dünyasını dəyişib.

Ülviyyə Həsənqızı