Azərbaycanın Xalq artisti, görkəmli rejissor Vaqif Əsədovun oğlu Oqtay Əsədov dünyasını dəyişib.

Open.az xəbər verir ki, Vaqif Əsədov və oğlu Oqtay bir müddət əvvəl koronavirusa yoluxublar.

Vaqif Əsədov müalicə müddətini bitirib, vəziyyəti normallaşıb. Məhz bu səbəbdən də, 14 günlük karantin müddətindən sonra Xalq artisti evə buraxılıb. Təəssüf ki, Vaqif Əsədovun oğlu Oqtay Əsədov koronavirusdan sağala bilməyib və ötən gün vəfat edib.

Qeyd edək ki, Oqtay Əsədov koronavirusa atası ilə birlikdə yoluxub və müalicə müddətləri də eyni vaxtda aparılıb.

"Mənim yaralı ürəyim dözdü, amma o, dözə bilmədi" deyən Xalq artisti, rejissor Vaqif Əsədova oğlu Oqtayın vəfatı münasibətilə başsağlığı diləyirik.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı