Azərbaycanın tanınmış kino aktyoru Məhəmməd Verdiyev seriala çəkilir.

Open.az xəbər verir ki, rejissor Rövşən İsaxın ekranlaşdırdığı serialda rol alan aktyor çəkilişlərin davam etdiyimi bildirib: "Yaradıcılıq işləri ilə məşğulam. Yeni tamaşa üzərində çalışıram və paralel olaraq seriala çəkilirəm. Rövşən İsaxın ekranlaşdırdığı serialın çəkilişləri davam edir. Ötən gün isə Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə bir araya gəlib, Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis qurultayını keçirdik. Əvvəlki İttifaq yenidən bərpa olundu. Yeni nizamnaməsini və sədrini təsdiq etdik. Beləliklə, Rüstəm İbrahimbəyovun sədrliyi ilə Kinematoqrafçılar İttifaqı yenidən bərpa olundu".

Xatırladaq ki, Məhəmməd Verdiyev 20 il Rusiyanın Tver vilayətində yaşayıb.

Geniş tamaşaçı kütləsinə kinorejissor Eldar Quliyevin ekranlaşdırdığı "Babək" filmində canlandırdığı Buğday obrazı ilə yaxşı tanışdır.

Ülviyyə Həsənqızı