Mayın 10-da Azərbaycanın mədəniyyət və incəsənət xadimləri və Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib.

Open.az xəbər verir ki, nazirliyin əməkdaşları və mədəniyyət xadimləri ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.