Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Rüfət Həsənovu Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edib.

Open.az xəbər verir ki, rejissor Rüfət Həsənov bu günədək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.

O, 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə ÜDKİ rejissor və ssenaristlər üçün ali kursları bitirib.

Xatırladaq ki, dünən Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad edilib. (Mediapost.az)