Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski vəzifəsəndən gedib.

Open.az xəbər verir ki, bu barədə ötən gün Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Rusiyanın yeni Mədəniyyət naziri postuna Rusiya Mədəniyyət Nazirliyinin Kino Departamentinin rəhbəri Olqa Lyubimova gətirilib.

Qeyd edək ki, Rusiya Fedarasiyasının Prezidenti Vladimir Putin yanvarın 15-də hökumətin buraxılması ilə bağlı sərəncam imzalayıb.

Rusiyanın yeni Baş naziri postuna Mixail Mişustinin namizədliyi təsdiq edilib.

Ülviyyə Həsənqızı

Mədəniyyət naziri vəzifəsindən getdi