Türkiyənin İzmir şəhərində diqqətçəkən hadisə baş verib.

Open.az xəbər verir ki, İzmirdə fəaliyyət göstərən teatrların aktyorları müxtəlif küçələrdə dayanaraq, sosial layihəyə imza atıblar. Belə ki, küçədən keçən adamların hansının daha düzgün maska taxdığına baxaraq, həmin adama teatr bileti hədiyyə olunub.

"Maskanı tax, sənətsiz qalma!" şüarı altında keçirilən sosial layihənin qalibləri iki nəfərlik teatr bileti qazandıqları üçün çox sevindiklərini söyləyiblər.

Ülviyyə Həsənqızı

Maskasını düzgün taxanlara hədiyyə verilib -FOTO