Dünyanın aparıcı brendlərindən "Louis Vuitton" ötən gecə baş verən yanğında böyük zərər görən 856 illik Notr-Dam kilsənin yenidən inşası üçün 200 milyon avro ianə edəcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Bernard Arnault məlumat verib.

Şirkətdən bildirilib ki, "Louis Vuitton" və Arnault ailəsi bu milli faciə qarşısında birgə həmrəylik ruhu nümayiş etdirərək, Fransanın irsi və birlik rəmzlərindən olan Notr-Dam kilsənin bərpa olunmasına yardımçı olacaq.

Qeyd edək ki, ötən gün Fransanın paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) güclü yanğın baş verib.

Yanğın nəticəsində kilsənin üzərindəki uzun qüllənin bir hissəsi aşıb. Dünya şöhrətli aktrisa Salma Hayekin həyat yoldaşı, fransız milyarder Fransua-Anri Pino yanan tarixi Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro ayırıb.

Gülnar Qafarlı

Louis Vuitton