SSRİ Xalq artisti Lev Leşşenkonun diaqnozu təsdqilənib.

Open.az xəbər verir ki, Rusiya mətbuatı müğənninin koronavirus testlərinin müsbət çıxdığını bildirib.

Hazırda vəziyyəti ağır olan sənətkar reanimasiyadadır. Virusin simtompları Leç Leşşenkonun ikitərəfli ağciyər iltihabı keçirməsinə səbəb olub.

Qeyd edək ki, SSRİ Xalq artisti, görkəmli estrada aktyoru xaricdən qastrol səfərindən qayıdandan sonra karantinə alınıb.

Ülviyyə Həsənqızı