Tanınmış sovet və rus aktyoru, RSFSR Xalq artisti Yuri Kolıçev vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 91 yaşlı aktyor 1957-ci ildən "Lenkom" Teatrının truppasında çalışıb.

1928-ci ildə Moskvada şair Osip Kolıçevin ailəsində anadan olan Yuri Kolıçev M.S.Şepkin adına adına Ali Teatr Texnikimunu bitirdikdən sonra Malıy Teatrda çalışıb.

Yuri Kolıçev teatrda çıxış etdiyi tamaşalarla yanaşı, çoxsaylı filmlərdə maraqlı obrazlar ifa edib.

Ülviyyə Həsənqızı