Azərbaycanda fəaliyyət göstərən bütün teatr və mədəniyyət müəssisələri Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulublar.

Open.az xəbər verir ki, ötən gün Akademik Milli Dram Teatrı, "YUĞ" Dövlət Teatrı, A.Şaiq adına Dövlət Kukla Teatrı, Pantomim Teatrı, İrəvan Teatrı, İstiqlal Muzeyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və.s. mədəniyyət ocağlarının rəhbərliyi və əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər.

Qeyd edək ki, ianələr davam edir. Bu təşəbbüsə Mədəniyyət Nazirliyi başda olmaqla, ölkədə fəaliyyət göstərən bütün mədəniyyət və incəsənət qurumları da qoşulub.

Ülviyyə Həsənqızı