Martın 19-da Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olacaq.

Open.az AZƏRTAC-a istinadən xəbər verir ki, abidə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə 2016-cı ildə həyata keçirilən “Koroğlu” abidəsi memarlar müsabiqəsi əsasında ucaldılıb.

Hündürlüyü 70 metr, ağırlığı 500 ton olan heykəlin müəllifi Qazaxıstanın tanınmış memarı Murad Mansurovdur.

Abidənin açılışından sonra mərasim geniş bədii hissə ilə davam etdiriləcək.