“Fumetto beynəlxalq komiks festivalı Lütsern” 2021-ci il beynəlxalq komiks müsabiqəsi üçün müraciətləri açıq elan edib.

Open.az xəbər verir ki, bu ilin mövzusu “Sərhədsiz”dir.

Müsabiqəyə yalnız bir komiks təqdim edilə bilər. Şəkilli hekayə ən çoxu 4 səhifə, A4 və ya A3 formatında qəbul olunur.

Qaliblər pul mükafatı əldə edəcəklər.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://www.fumetto.ch/en/ ünvanına daxil olun.