Məşhur rəssam, impressionizm cərəyanının banilərindən biri Oskar Klod Monenin əsəri Nyu-Yorkda keçirilən hərracda 110,7 milyon dollara sayılıb.

Open.az xəbər verir ki, bu barədə məlumatı məşhur Sotheby's portalı rəsmi səhifəsində yayıb.

Əsərin ümumi hərrac qiyməti 110,747 milyon dollar olub.

Qeyd edək ki, belə bahalı əsəri əldə edən kolleksiyaçının adı gizli saxlanılır.

Xatırladaq ki, "Ot tayası" adlanan əsər Klod Monenin məşhur rəngkarlıq nümunəsidir. Rəssam əsəri 1890-cı ildə Normandiyada yaşayarkən çəkib. Əsərdə təsvir olunan biçin zəmisi Klod Monenin yaşadığı evin bir neçə addımlığında yerləşib.

Dünyanın ən məşhur rəssamları sırasında qərar tutmuş Oskar Klod Mone 1840-cı ildə Parisdə doğulub. Peyzaj, natürmort və portret üslubunda əsərlər yaradıb.

1926-cı ildə 86 yaşında vəfat edib.

Ülviyyə Həsənqızı