F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə YAŞA Mərkəzində “Kitabla sevinək – Kitabla yaşayaq” adlı tədbir keçirilib.

Open.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd, insanların asudə vaxtlarını maraqlı təşkil etmək, onları daha aktiv həyata cəlb etməklə kitab və mütaliəyə marağı artırmaqdır.

Tədbir “Kitabxana və Könüllülər - Yeni İmkanlar Məkanı” layihəsi çərçivəsində reallaşıb.

Çıxış edən F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova kitabxana haqqında geniş məlumat verib, Xalq şairi Vahid Əzizi tədbir iştirakçılarına təqdim edərək şairin yaradıcılığının böyük bir qisminin məhəbbət mövzusu təşkil etdiyini, onun poeziyasının qayəsi, mayası bəşəriyyətin əbədi “problemi” olan eşqdən yoğrulduğunu qeyd edib.

Tədbir təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən V.Əziz YAŞA mərkəzinin üzvlərinə keçdiyi həyat yolundan, bədii yaradıcılığından söhbət açıb, onların müxtəlif suallarını cavablandırdı, şeirlərini söyləyib.

Xalq şairi “Dözmək olmur” şeirlər kitabını mərkəzin rəhbərliyinə hədiyyə edib.