Rusiya və Gürcüstanın tanınmış rejissoru Rezo Qiqineişvili koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bu barədə məlumat yayan Rusiyanın Xəbər saytları koronavirus testi müsbət çıxan sənət adamlarından əksəriyyətinin "Kinotavr" Festivalında iştirak edənlər olduğunu açıqlayıb.

Buna əsas kimi "Kinotavr"da iştirak edən daha iki rejisor Niqina Sayfullayeva və Aleksandr Moloçnikovun da koronavirusa yoluxması önə sürülüb.

Hazırda virusa yoluxanların müalicəsi davam edir.

Ülviyyə Həsənqızı

KinotavrKinotavrKinotavr