Azərbaycan Kinorejissorlar Gildiyası tanınmış kinorejissor Ziyafət Abbasova təbrik məktubu ünvanlayıb.

Open.az xəbər verir ki, Kinorejissorlar Gildiyası kinorejissor Ziyafət Abbasovu 85 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

Azərbaycan kinosunun tanınmış simalarından olan və kinomuzun inkişafında aktiv iştrak edən, Kinorejissorlar Gildiyasının təsisçilərindən biri, kinorejissor Ziyafət Abbasovun 85 yaşı tamam olub.

Hörmətli Ziyafət müəllim! Kinorejissorlar Gildiyasının İdarə Heyəti Sizi, kinomusun istedadlı və tanınmış sənətçini, neçə illərlə "Mozalan" kinosatirik kinojurnalın, sonralar isə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmış, yaradıcılığında öz dəsti-xətti ilə seçilən kinorejissoru, Azərbaycanın Əməkdar İncəsənət xadiminı 85 illik YUBİLEYİNİZ münasibəti ilə təbrik edir, Sizə can sağlığı, uzun ömür və yaradıcılığınızda uğurlar arzulayırıq!

Kinorejissorlar Gildiyasının İdarə Heyəti

Kinorejissorlar Gildiyası Ziyafət Abbasovu təbrik edib

Xatırladaq ki, Ziyafət Abbasov 1935-ci ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən"Azərbaycanfilm" kinostudiyasında rejissor kimi fəaliyyət göstərib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkib. Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub.

Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunub, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışıb.

Ülviyyə Həsənqızı