Tanınmış kinoaktyor Kamran Ağabalayev Rusiyada filmə çəkilir.

Open.az xəbər verir ki, bu barədə məlumatı aktyorun özü yayıb.

Rusiyada tarixi janrda ekranlaşdırılan, 12 seriyalı televiziya filminin çəkilişlərinə dəvət aldığını deyən Kamran Ağabalayev bildirib ki, ötən gün filmin onun iştirakılə ilk səhnələri lentə alınıb.

Qeyd edək ki, Kamran Ağabalayev "Russkiy rab" adlanan filmdə Bayzid Ağa obrazını canlandıracaq.

Ülviyyə Həsənqızı

Kamran Ağabalayev Rusiyada filmə çəkilir