İyunun 5-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, publisist, dramaturq Vaqif Səmədoğlunun 80 yaşı tamam olur.

Open.az xəbər verir ki, mərhum şairin 80 illik yubileyi münasibətilə məzarı ziyarət olunacaq.

Bu barədə Open.az-a gənc yazar Ülviyyə Heydərova məlumat verib.

Saat 11.00-da Fəxri Xiyabanda şairin məzarını ziyarət edən yaxın dostları, ailə üzvləri və Vaqif Səmədoğlu poeziyasının vurğunları, daha sonra Səməd Vurğunun ev muzeyində keçiriləcək yubiley məclisinə toplaşacaqlar.

80 yaşlı Vaqif Səmədoğlu şeirlərinin sədası, sevdiklərinin duası ilə yad olunacaq.

Ülviyyə Həsənqızı