Bakıda “İsmailiyyə” (hazırkı AMEA-nın Rəyasət Heyətinin) binasının fasadında yuxarı hissəsində kirilcə yazılan “Azərbaycan SSR Elmlər Akademiyası” yazısı sökülür.

Open.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Həmin yazının yerində latın qrafikası ilə "Azərbaycan Milli Elmlər Akademiyası" yazılacaq.

Qeyd edək ki, binanın əsası Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Musa Nağıyev binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.

“İsmailiyyə” binasının fasadındakı yazı dəyişdirilir