Mayın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında iranlı rəssam Vədud Müəzzinin fərdi rəsm sərgisi açılacaq.

Open.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə rəssamın realist janrında yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş ediləcək.

Mənzərələr, natürmortlar, həmçinin portretlər və ictimai mövzularda yaratdığı əsərlərin nümayiş olunduğu sərgidə rəssamın yağlı boya əsərləri ilə yanaşı, akvarel texnikasında yaratdığı qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər də yer alacaq.

Sərgi mayın 26-dək ziyarətçilər üçün açıq qalacaq.