Dekabrın 2-dən start götürən "2+1" Üçüncü Eksperimental Teatr Festivalı çərçivəsində Pərviz Bəşərdüştün "Arzular bağı" tamaşası uzun fasilədən sonra yenidən nümayiş olunacaq.

Open.az xəbər verir ki, dekabrın 8-də saat 17.00-da təqdim ediləcək tamaşanın quruluşçu rejissoru İmaməddin Həsənovdur.

Rollarda: Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov çıxış edəcək.

Qeyd edək ki, Aktyorlar Evinin səhnəsində nümayiş olunacaq tamaşaya giriş sərbəstdir.

Ülviyyə Həsənqızı