“Tesla”, “SpaceX” və “The Boring Company” şirkətlərinin təsisçisi, milyarder İlon Mask ilk yeraltı tunelin açılışını edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı Los-Anceles yolunu bitirmək üçün hazırladığı tunelin açılışında iştirak edib.

Son dövrdə şəxsi həyatında çətin günlər keçirən və bu vəziyyət idarə etdiyi şirkətlərə də əks olunan amerikalı sahibkar pis günləri geridə buraxmış kimi görünüb.

İlon Mask ilk yeraltı tunelin açılışını etdi - FOTO

İlk olaraq dekabrın 10-da keçiriləcəyi açıqlanan mərasim təxminən 1 həftə geciksə də, Maskın əhvalının yaxşı olması diqqət çəkib.

Mərasimdə 1.8 kilometrlik tuneldə ilk test sürüşü də keçirilib. Bir platforma vasitəsilə tunelə girən "Tesla" markalı avtomobil keçidi uğurla keçərək tunelin digər tərəfindən çıxıb.

İlon Mask ilk yeraltı tunelin açılışını etdi - FOTO

Mask şəhərin bir çox nöqtəsinə inşa etmək istədiyi tunellərlə, yol işıqları və döngələrin olmadığı bir şəraitdə avtomobil yolunun önünə keçməyi qarşısına məqsəd qoyub.

İlon Mask ilk yeraltı tunelin açılışını etdi - FOTO

Açılışı keçirilən bu tunel isə layihənin test mərhələsindəki ilk nümunəsi kimi önə çıxır.

Gülnar Qafarlı