Türkiyənin tanınmış sənətkarları, teatr və kinonun məşhur aktyorları Tamer Levent və Şerif Sezerə mükafat verilib.

Open.az xəbər verir ki, avqustun 7-də Ankara Beynəlxalq Film Festivalının "Onur Ödülü"nə sahib olan aktyorların adları açıqlanıb. Belə ki, Türkiyə Kültür və Turizm Nazirliyinin dəstəyi ilə bu il 31-ci dəfə keçiriləcək festival, 3-11 sentyabr tarixində baş tutacaq.

Sentyabrın 3-də baş tutacaq təntənəli təqdimat mərasimində "Onur Ödülü" builki sahiblərinə təqdim ediləcək.

Ülviyyə Həsənqızı

İki sənətkara mükafat verildi- Təqdimat sentyabrda olacaq