Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə İçərişəhər ərazisində, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə açıq ərazilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Open.az xəbər verir ki, martın 25-də Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtımızda son günlər ərzində apardığı genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə idarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə analoji tədbirlərə başlanılıb. Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.