Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Ruslan Ağazadənin "İnsan" filmi (Human) Xorvatiyanın "Bir Dəqiqəlik Filmlər Festivalı"nın (27th Croatian One-Minute Film Festival) əsas müsabiqəsində iştirak edəcək.
Filmin rejissoru və operatoru Ruslan Ağazadə, prodüseri Çingiz Qulaməliyevdir.

Qeyd edək ki, "Bir Dəqiqəlik Filmlər Festivalı" (27th Croatian One-Minute Film Festival) mayın 29-dan iyunun 2-dək davam edəcək.

Festivalın proqramında 60 ölkənin istehsalı olan filmlər yer alıb.

Ülviyyə Həsənqızı