Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, “Nizami Gəncəvi İli” çərçivəsində Heydər Əliyev Sarayında silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Open.az xəbər verir ki, “Nizami xəzinəsindən” adlı layihə çərçivəsində Heydər Əliyev Sarayında gənc bəstəkarların Nizaminin sözlərinə yazdıqları müasir romansların, “Sirlər Xəzinəsi” poemasından səhnələşdirilmiş musiqili tamaşaların, əsərlərindən kiçik kreativ balet nümunələrinin və müsabiqələrin yüksək səviyyədə hazırlanıb keçirilməsi nəzərdə tutulub.