Bir müddət əvvəl gənc şair Şəhriyar del Geraninin təşəbbüsü ilə tanınmış yazarlar Azərbaycanın görkəmli ədəbiyyat xadimləri, şair Musa Yaqub və Vaqif Bayatlı Ödər üçün ölkənin Birinci Vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar.

Open.az xəbər verir ki, ötən gün müraciətə cavab gəlib.

Bu barədə sosial şəbəkədi hesabından məlumat yayan Şəhriyar del Gerani bildirib ki, ölkənin Birinci Vitse-prezidenti Mehriban Əliyeva hər iki görkəmli şairin müalicəsi ilə bağlı qərar qəbul edib. Belə ki, Heydər Əliyev Fondu şairlərin ailələri ilə əlaqə yaradıb və bildirilib ki, qısa zamanda Musa Yaqub Almaniyaya, Vaqif Bayatlı Odər isə Türkiyəyə müalicəyə göndəriləcək.

Ülviyyə Həsənqızı